İspaniya Çempionatı: “Barselona” qələbə qazanıb, “Real” isə məğlub olub

İspaniya La Liqasında XXXIV turdan təxirə salınan iki görüş baş tutub. Apasport.az saytının məlumatına görə, İspaniya Kral Kubokunda “Barselona” ilə “Sevilya” arasında keçirilmiş final oyunu səbəbindən təxirə salınmış oyunlarda kataloniyalılar “Vilyareal”ı, Əndəlüs təmsilçisi isə “Real”ı qəbul edib.

Çempionluğu təmin etmiş “Barselona” üçün matçın əhəmiyyəti olmasa da, “Vilyareal” qələbə ilə turnir cədvəlində bir pillə irəliləyə bilərdi. Lakin kataloniyalılar buna imkan verməyiblər. Rəqibi üzərində böyükhesablı qələbə qazanan "Barselona" məğlubiyyətsizlik seriyasını davam etdirib.

“Real”ı isə daha çətin matç gözləyirdi. Çünki “Sevilya”nı avrokuboklara vəsiqə verən 7-ci yerə yüksəlmək üçün ancaq qələbə qane edirdi. Əsasən ehtiyat qüvvə ilə meydana çıxan "kral klubu" rəqibinə yenilib.

İspaniya La Liqası

XXXIV turdan təxirə salınmış oyunlar

9 may

“Barselona” – “Vilyareal” - 5:1

Qollar: Koutinyo, 11; Paulinyo, 16; Messi, 45; Dembele, 87, 90+3 - Sansone, 54

“Sevilya” – “Real” - 3:2

Qollar: Ben Yedder, 26; Layun, 45; Serxio Ramos, 84 (avtoqol) - Mayoral, 87; Serxio Ramos, 90+5 (pen.)

1.

Barselona

36

27

9

0

94:24

90

2.

Atletiko

36

22

9

5

55:20

75

3.

Real

36

21

9

6

86:42

72

4.

Valensiya

36

20

7

9

62:37

67

5.

Betis

36

18

5

13

56:56

59

6.

Vilyareal

36

17

6

13

51:46

57

7.

Sevilya

36

16

6

14

46:56

54

8.

Xetafe

36

14

10

12

41:32

52

9.

Jirona

36

13

9

14

48:57

48

10.

Eybar

36

13

8

15

41:48

47

11.

Real Sosyedad

36

13

7

16

63:56

46

12.

Selta Viqo

36

12

10

14

55:52

46

13.

Alaves

36

14

2

20

37:48

44

14.

Atletik

36

10

13

13

40:45

43

15.

Espanyol

36

10

13

13

31:41

43

16.

Levante

36

10

13

13

37:50

43

17.

Leqanes

36

11

7

18

29:46

40

18.

Deportivo

36

6

11

19

35:70

29

19.

Las Palmas

36

5

7

24

23:71

22

20.

Malaqa

36

5

5

26

23:56

20

Bombardir: Lionel Messi ("Barselona") - 34 qol

(apasport)

DİGƏR XƏBƏRLƏR

Top