Tramp İsraili məyus etdi

ABŞ prezidenti Donald Tramp ölkənin Qüdsdəki səfirliyinin açılışında iştirak etməyəcək.

Bu barədə Ağ Ev bəyanat yayıb.

Məlumata görə, mayın 14-də keçiriləcək mərasimdə ABŞ nümayəndə heyətinə dövlət katibinin müavini Con Sallivan başçılıq edəcək.

Qeyd edək ki, ABŞ bir neçə ay əvvəl İsraildəki səfirliyini Tel-Əvivdən Qüdsə keçirməyə qərar verib.

Hazırda xarici dövlətlərin böyük əksəriyyəti Qüds uğrunda israillilər və fələstinlilər arasında ərazi mübahisəsinin olduğunu nəzərə alaraq, səfirliklərini Tel-Əvivdə saxlamağa qərar verib.

Bu arada mayın 7-də Paraqvay ayın sonuna kimi səfirliyini Qüdsə köçürəcəyini elan edib. Paraqvay hökuməti belə bir qərar qəbul edən üçüncü dövlət olub. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top