Bakıda Formula 1-ə görə bağlanan yolu insanlar görün haradan keçir - FOTO+VİDEO

Bakının mərkəzində - Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsi ilə əlaqədar bağlanan yoldan keçməli olanlar əməlli-başlı əziyyət çəkirlər. Yeniavaz.com xəbər verir ki, söhbət Səbail rayonu, Neftçilər prospekti, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının qarşısındakı ərazidən gedir.

Bununla bağlı sosial şəbəkədə paylaşılan video görənlərin müzakirəsinə səbəb olub.

Videonu feysbukda paylaşan istifadəçi Rəvan Seyfulla bu qeydləri yazıb: "Bura Kukla Teatrının önündəki dayanacaqdır. İnsanlar avtobusa minmək üçün belə əziyyət çəkirlər. Hər halda belə məsləhət görülüb. Orada olarkən 3 uşağa, 2 yaşlı insana buradan keçə bilmələri üçün kömək etdim. Canım ölkəm".

Qeyd edək ki, Formula 1 yarışları artıq başa çatıb və yolların kənarına düzülmüş beton plitələr və dəmir arakəsmələr yaxın günlərdə yığışdırılacaq.

formula

DİGƏR XƏBƏRLƏR

Top