Kabildə terror aktında 9 jurnalist həlak olub

Terrorçuların Əfqanıstanın paytaxtı Kabilə hücumu nəticəsində 9 jurnalist həlak olub. Yeniavaz.com-un “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, hücum zamanı ölənlərin ümumi sayı 29 nəfər təşkil edir. Bildirilir ki, partlayış nəticəsində AFP-nin fotomüxbiri Şa Marai, “TOLOnews”un operatoru və 1TV telekanalının operatoru, “Mashal TV” telekanalının iki əməkdaşı və “Azadi Radio”nun üç jurnalisti həlak olub. Xatırladaq ki, aprelin 30-da Kabilin diplomatik rayonunda silsilə partlayışlar törədilib. Hadisə nəticəsində 29 nəfər həlak olub, daha 50 nəfər yaralanıb. Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

DİGƏR XƏBƏRLƏR

Top