Bakıda keçirilən 2018 Formula 1 Azərbaycan Qran Prisinin təsnifat mərhələsi başlayıb. Formula 1 üzrə dünya çempionatının sayca 4-cü Qran Prisinin təsnifat yarışı saat 17:00-da start götürüb və təxminən 1 saat davam edəcək. Sabah, aprelin 29-da baş tutacaq final yarışında pilotların pit-leynə hansı sıralama ilə çıxacağı məhz indiki mərhələdə bilinəcək.
Yarışda 10 komandadan 20 pilot - "Mercedes"in heyətində Luis Hamilton və Valterri Bottas, "Ferrari"nin heyətində Sebastyan Fettel və Kimi Raykkonen, "Red Bull"un heyətində Daniel Rikkiardo və Maks Ferstappen, "Fors İndia"nın heyətində Serxio Peres və Esteban Okon, "Uilyams"ın heyətində Lens Stroll və Sergey Sirotkin, "Reno"nun heyətində Niko Hülkenberq və Karlos Sayns, "Toro Rosso"nun heyətində Pyer Qasli və Brendon Hartli, "Haas"ın heyətində Roman Qrojan və Kevin Maqnussen, "MakLaren"in heyətində Fernando Alonso və Stoffel Vandorn, "Sauber"in heyətində Markus Erikson və Şarl Lekler iştirak edir.
Xatırladaq ki, 2018-ci ildə 3 mərhələdən sonra pilotların mübarizəsində hələlik ümumi sıralamada 141 xalla "Ferrari"nin pilotu Sebastiyan Fettel (54 xal) liderdir. "Mersedes"dən Luis Hamilton (45 xal) ikinci, Valterri Bottas (40) isə üçüncü yerdədirlər.
Komanda hesabında hələlik "Mersedes" komandanı 85 xalla birinci, "Ferrari" 84 xalla ikinci, "Red Bull" isə 55 xalla üçüncüdür.Milli.az