Azərbaycan xaricə kiloqramı 84 dollara bal satır

2022-ci ildə satış məqsədi üçün bal istehsalının həcmi dünyada 2,4 milyon tona çatacaq. Yeniavaz.com Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatlara istinadən bildirir ki, FAO-nun məlumatına əsasən təbii bal isteh­sal edən 139 ölkədə hər il təqribən 1,5 milyon ton təbii bal istehsal edilir.

"Global Industry Analists, Inc." (GIA) konsaltinq şirkə­tinin məlumatına əsasən təbii balın ümumi istehlakının 48,1%-i Asiya-Sakit okean regionunun payına düşür.

Araşdırmada qeyd edilir ki, 2016-cı ildə Ukrayna 97,3 milyon dollar dəyərində 56,9 min ton bal ixrac edərək, Çindən sonra ən iri bal ixracatçısı olub. Ümumilikdə isə 2016-cı ildə dünyada 2 milyard dollar dəyərində bal idxal olunub. Həmin il dünya üzrə bal idxalının 21%-i (166 min ton) ABŞ-ın payına düşüb.

Dünya üzrə balın 1 tonunun orta idxal qiyməti 3000 dollar ətrafındadır. Azərbaycana gəldikdə isə 2016-cı ildə Azərbaycanda 2,7 min ton bal istehsal olunub. Son illər Azərbaycanda bal ix­racı ənənəsi yaranıb və 2016-cı ildə 6 ton bal ixrac olun­ub. 2016-cı ildə Azərbaycandan ixrac olunan 1 ton balın orta qiyməti 8 min dolları olub, bu isə dünya üzrə orta idxal qiymətindən 2,5 dəfə yüksəkdir. 2017-ci ildə isə 6,5 ton bal ix­rac olunub və ixrac edilən balın 1 tonunun orta qiyməti 8,4 min dollar təşkil edib. 2017-ci ildə Azərbaycandan təbii bal Yaponiya, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə ixrac edilib.

Araşdırmada vurğulanır ki, Azər­baycanda istehsal olunan balın xüsusi­yyətləri onun “niş” və ya “premium” ba­zarlara ixracına imkan verir. Azərbaycan balı “Eko” (BİO) və ya “Orqanik” məhsul kimi dünya bazarında özünə yer tuta bilər.

Bu bazarlara Avropa ölkələri, Körfəz ölkələri, Yaponiya və Çin aiddir. Avropanın “niş” bazarlarında satılan balın payı ümumi Avropa bal bazarının 15-20 faizini əhatə edir. Həmçinin Çində istehlakçıların premium bal məhsullarına verdiyi dəyəri nəzərə alaraq bu ölkənin də bazarı da cəlb edici hesab edilə bilər.

DİGƏR XƏBƏRLƏR

Top