İnyesta "Barselona"dan ayrılacağını rəsmən bəyan edib

İspaniyanın "Barselona" klubunun futbolçusu Andres İnyesta mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

34 yaşlı futbolçu mətbuat konfrasında klubla vidalaşacağını deyib: "Mən "Barselona"dan ayrılacağımı rəsmi şəkildə elan etmək istəyirəm. Bu, komandada son mövsümümdür. Uzun müddət düşündükdən sonra bu qərarı qəbul etdim".

Qeyd edək ki, Andres İnyesta "Barselona" yetirməsidir. Yarımmüdafiəçi Kataloniya təmsilçisinin heyətində 2002-ci ildə debüt edib. O, klubu ilə 8 İspaniya çempionu və 6 dəfə ölkə kubokunu qazanıb, 4 dəfə Çempionlar Liqasının, 3 UEFA Superkubokunun qalibi olub. Report

DİGƏR XƏBƏRLƏR

Top