Putin Karapetyanla Ermənistandakı vəziyyəti müzakirə edib

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri vəzifəsini icra edən Karen Karapetyanla Ermənistandakı mövcud vəziyyəti müzakirə edib. Bu barədə Rusiya prezidentinin rəsmi saytında məlumat dərc olunub.

“Müzakirələrdə Ermənistandakı böhranlı vəziyyətin yalnız hüquq müstəvisində, qüvvədə olan Konstitusiya çərçivəsində və 2017-ci ilin aprel ayında keçirilmiş legitim parlament seçkilərinin nəticələri əsasında həllinin vacibliyi vurğulanıb”, - deyə məlumatda qeyd olunur.

Bundan əvvəl Ermənistanın baş nazir müavini v.i.e Armen Qovorkyanın Moskvada müşavirə keçirdiyi ilə bağlı xəbər yayılmışdı. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top