İran vətəndaşı sərhəd-keçid məntəqəsində qəza törətdi, ölən var

İran vətəndaşı sərhəd-keçid məntəqəsində qəza törədib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 25-də saat 6 radələrində Qusar rayonunun "Samur" sərhəd-keçid məntəqəsində İran İslam Respublikası vətəndaşı Qulamirzə Fərəczadə "Volvo" markalı yük avtomobilini arxaya verərkən Samur qəsəbə sakini Gülarə Saruxanovanı vurub və nəticədə piyada hadisə yerində ölüb. Qusar RPŞ tərəfindən araşdırma aparılır.Milli.az

DİGƏR XƏBƏRLƏR

Top