2 aprel "Autizm Maarifləndirmə Günü" çərçivəsində Bakıda mavi işıqlandırma təşkil olunub. Yeniavaz.com xəbər verir ki, 2 aprel saat 20:00-da paytaxtın əsas binalarından olan Qız Qalası, Alov Qüllələri, "Baku Crystal Hall", "Socar Tower" eləcə də Bakı Olimpiya Stadionu mavi rəngdə işıqlandırılıb. Birgə və Sağlam İctimai Birliyinin təşkilatçılığı ilə mavi rəngə boyanan binaların qarşısında təşkil olunan tədbirdə çıxış edən birliyin sədri Aytən Eynalova bildirib ki, bu cür aksiyaları keçirtməkdə məqsəd autizm xəstəliyinə, cəmiyyətin bu xəstəlikdən əziyyət çəkən insanlara daha da diqqətli olmasına diqqət çəkməkdir.
Xatırladaq ki, autizm - 3 yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Lakin bu xəstəliyin müalicəsi müəyyən mənada mümkündür, autizmi olan uşağın müalicəsi yalnız həkimin deyil, bütün ailənin, cəmiyyətin işidir.
Autizm günü