Soyuq müharibənin “ilk casusu” vəfat etdi


Strateji Xidmətlər İdarəsinin (OSS) keçmiş əməkdaşı İrvinq Ayzekson 102 yaşında ABŞ-da vəfat edib. Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, o, soyuq müharibə dövründə Almaniya Demokratik Respublikasındakı (ADR) sovet qoşunlarına və SSRİ vətəndaşlarına qarşı casusluq fəaliyyəti aparıb. İ. Ayzeksonun ailə üzvlərinin dediyinə görə, o, martın 28-də Obern şəhərində dünyasını dəyişib. İ. Ayzekson Harvard Universitetini bitirib. II Dünya müharibəsi zamanı onu Böyük Britaniyaya göndəriblər. İ. Ayzekson burada OSS-da işləməyə başlayıb. Müharibədən sonra ADR-ə gəlib və sovet vətəndaşlarını və qoşunlarını güdüb. O, öz işi barədə “Həvəskar casusun memuarları: soyuq müharibə dövründə OSS-in ilk casusunun tarixçəsi” adlı kitabda məlumat verib.

DİGƏR XƏBƏRLƏR

Top