Bakı Şəhər Baş Polis İdarəsi müxalifətin mitinqi ilə bağlı məlumat yaydı

Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın Bakıda keçirdiyi mitinqlə bağlı məlumat yayıb. İdarədən verilən məlumatda bildirilir ki, martın 31-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200 (min iki yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.APA

DİGƏR XƏBƏRLƏR

Top