Rusiya prezidentliyinə namizəd uduzduğuna görə bığını qırxdı

Rusiya Federasiyası Kommunist Partiyasından prezidentliyə keçmiş namizəd Pavel Qrudinin jurnalist Yuri Dudaya verdiyi sözü yerinə yetirərək bığını qırxıb.

Yeniavaz.com-un “Vzqlyad” qəzetinə istinadən verdiyi məlumata görə, P. Qrudinin bığsız şəklini özünün “Instagram” səhifəsində yerləşdirib. O, şəklə dair yazıda bildirib: “MSK ötən gün seçkilərin yekun nəticələrini açıqlayıb. Mən nəticələrlə razılaşmıram, lakin söz vermişəm və ona əməl etmək lazımdır”.

Xatırladaq ki, biznesmen Rusiya prezidenti seçkilərində 11,77 faiz səs toplayaraq ikinci olub. O, seçkiqabağı kampaniya zamanı Y. Dudaya verdiyi müsahibədə söz vermişdi ki, 15 faizdən az səs toplasa, bığlarını qırxacaq.

DİGƏR XƏBƏRLƏR

Top