Yaponiyada güclü vulkan püskürməsi - Hündürlüyü 4500 metrə çatır - VİDEO

Yaponiyada Şinmoedake vulkanı fəaliyyətə keçib. Yapaoniya Meteoroloji Mərkəzi bu təbii hadisənin son illərdə qeydə alınan ən böyük püskürmə olduğunu açıqlayıb. Məlumata görə, kraterdən çıxan duman 4500 metr yüksəkliyə qədər qalxır. Duman o qədər qatı olub ki, bəzi təyyarə reysləri təxirə salınıb. Rəsmi qurumlar bölgə yaxınlığında yaşayan insanları ehtiyatlı olmağa çağırıb. Qeyd edək ki, Yaponiyada 111 aktiv vulkan var. 2014-cü ilin sentyabrında Ontake vulkanının püskürməsi nəticəsində 63 nəfər ölmüşdü.Qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top