Hər səhər sakit çöllərdə bu şəxsin avazı eşidilir - FOTO

Goranboy rayonunun Şadlı kənd sakini, 77 yaşlı Vaqif Musayev yabanı halda yetişən yovşanı zümzümə edərək toplayır. O, açıq sahələrdə yabanı halda yetişən bitkini yığıb həyət-bacanı təmizlənməsində istifadə edilən vasitə hazırlayır. Yeniavaz.com xəbər verir ki, hər səhər tezdən sahələrə çıxaraq bu bitkini günorta saatlarınadək yığıb qurtarır. Maraqlısı da odur ki, o, bu işi görərkən müxtəlif mahnıları zümzümə edir. Vaqif Musayev Şadlı, Qaradağlı, Xoylu kəndlərinin ərazisindən yığdığı yovşanı digər qonşu olan yaşayış məntəqələrinə aparıb satışını edir. Yaşının bu çağında yorulmadan çalışan kənd sakini, zəhmət çəkərək halal çörək pulu qazandığını deyir: “Həm sağlamlığımı qorumaq üçün, həm də bu yaşda kiməsə möhtac olmamaq üçün bu işi görürəm. Bağladığım yovşan bağlamasının birini 50-60 qəpiyə satıram. Onu da deyim ki, bu bitkini indidən yığmaq asan olur, çünki yayda bunu yığmaq çox çətindir. Özümə borc bilirəm ki, bu yaşda da olsam nəyəsə yarayım. İnsanlar yığdığım yovşanı alanda çox şad oluram”.

Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top