Zəncirvari qəza - 3 maşın traktorla toqquşdu - FOTO

Bakı-Qazax avtomagistiralında zəncirvari qəza olub. Yeniavaz.com xəbər verir ki, qəzada bir ailənin 3 üzvü xəsarət alıb. Hadisə yolun Goranboydan keçən hissəsində baş verib. Belə ki, ağır qəza zamanı 3 minik maşını və yüklə dolu qoşqulu traktor toqquşub. Qəza nəticəsində 4 nəfər - Lətafət Həsənova, onun 8 aylıq nəvəsi Ayxan Həsənli, avtomobilin sürücüsü Dəmir Həsənov və daha bir sürücü müxtəlif bədən xəsarətləri alıblar. Zərərçəkənlər Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılara tibbi yardım göstərilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top