"Yuventus"un Çempionlar Liqasında 1/8 finalında "Tottenhem"lə cavab oyunu üçün iştirak ərizəsi müəyyənləşib. Komandanın hücumçusu Mario Mandzukiç zədə səbəbindən heyətdə yer almayıb. Turin təmsilçisinin baş məşqçisi Massimiliano Alleqri Londona 21 futbolçu aparıb.
Qapıçılar: Canluici Buffon, Karlo Pinsilyo, Voyçex Şenşnıy, Del Favero
Müdafiəçilər: Mattiya de Şilyo, Corcio Kyellini, Mehdi Benatia, Aleks Sandro, Andrea Bardzalyi, Daniele Ruqani, Stefan Lixtştayner
Yarımmüdafiəçilər: Miralem Pyaniç, Sami Xedira, Markizio, Duqlas Kosta, Blez Matyuidi, Kvadvo Asamoa, Stefan Sturaro, Rodriqo Bentankur
Hücumçular: Qonzalo İquain, Paulo Dibala
Qeyd edək ki, "Tottenhem" - "Yuventus" görüşü bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Bu komandalar arasında ilk matç 2:2 hesabı ilə başa çatıb. Qol.az