Azərbaycanda ən çox qeyri-neft məhsulu ixrac edən şirkət SOCAR olub

Bu ilin yanvar ayında Azərbaycanda qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkət Dövlət Neft Şirkəti (SOCAR) olub. Yeniavaz.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən açıqlanan məlumatlara istinadən bildirir ki, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi xaricə 15,6 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib.

100 min dollardan çox qeyri-neft məhsulları ixrac edən dövlət şirkətləri aşağıdakılardır:

1. SOCAR-ın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” - 15.6 milyon dollar

2. “Det-al Alüminium” MMC - 7,6 milyon dollar

3. “Azergold” QSC - 6.7 milyon dollar

4. “Azərenerji” ASC - 2,6 milyon dollar

5. “Azərbaycan Hava Yolları” QSC - 1,9 milyon dollar

6. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC - 355 min dollar

7. “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC - 317 min dollar

8. “Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC - 129 min dollar

Yanvar ayında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən özəl şirkətlərin siyahısında isə ilk onluğa bunlar daxil olub:

1. “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti” - 11 milyon dollar

2. “Aqrodoctor” MMC - 6,4 milyon dollar

3. “MKT İstehsalat Kommersiya” MMC - 4,5 milyon dollar

4. “Qlaf Drillinq Saplay FZE” - 4,5 milyon dollar

5. “CTS-Agro” MMC - 2,5 milyon dollar

6. “Baku Steel Company” MMC - 2,4 milyon dollar

7. “Azagroeksport 2017” MMC - 2,2 milyon dollar

8. “Food export Şəmkir” MMC - 2 milyon dollar

9. “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC - 2 milyon dollar

10. “İlham-M” MMC - 1,9 milyon dollar

DİGƏR XƏBƏRLƏR

Top