Rusiya prezidentinə namizəd Kseniya Sobçak “Rossiya-1” telekanalında keçirilən debatlar zamanı digər namizəd Vladimir Jirinovskinin üstünə su töküb. Yeniavaz.com-un “Dojd” telekanalına istinadən verdiyi məlumata görə, insident Rusiya Liberal Demokratik Partiyasının sədri V. Jirinovskinin “Vətəndaş təşəbbüsü” hərəkatının lideri K. Sobçaka qarşı təhqiramiz ifadələr işlətməsindən sonra qeydə alınıb. Siyasətçilər arasında münaqişə isə başqa bir namizəd olan Sergey Baburinin çıxışı zamanı qızışıb. V. Jirinovski S. Baburinin sözünü kəsərkən K. Sobçak LDPR sədrini sakitliyə dəvət edib. V. Jirinovski isə buna cavab olaraq qadın namizədə “səsini kəs, axmaq” deyib və təhqir dolu çıxışını davam etdirib. Qeyd edək ki, bu gün prezidentliyə namizədlərin federal efirdə debatlarına start verilib. Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək.
Jirnovski