Futbol üzrə Avropa çempionatının qalibi olacaq komandanın alacağı mükafat bilindi

2020-ci il futbol üzrə Avropa çempionatının ümumi mükafat fondu 371 milyon avro təşkil edəcək.

Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, bunu UEFA-nın baş katibi Teodor Teodoridis təşkilatın Bratislavada keçirilən konqresində deyib.

Onun sözlərinə görə, turnirin qalibi 34 milyon avro mükafat alacaq. T. Teodoridis qeyd edib ki, Avropa çempionatının hər bir iştirakçısı 1,25 milyon avro qazanacaq.

Xatırladaq ki, 2016-cı ildə Fransada keçirilən qitə birinciliyinin mükafat fondu 301 milyon avro təşkil etmişdi. 2020-ci il Avropa çempionatı iyunun 12-dən iyulun 12-dək davam edəcək.

Bu, Avropanın 13 şəhərinin qəbul edəcəyi ilk turnir olacaq.

Bunlar London, Münhen, Amsterdam, Dublin, Kopenhagen, Roma, Qlazqo, Brüssel, Buxarest, Budapeşt, Sankt-Peterburq, Bakı, Bilbao şəhərləridir. Turnirin yarımfinal və final oyunları Londonda keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top