Azərbaycanda 154 milyon manatlıq təbii qaz itkiyə gedib

Ötən il ölkədə 22 milyard kub metr əmtəəlik təbii qaz ehtiyatları olub, onun 82,6 faizi hasilatın, 7,8 faizi ilin əvvəlinə mövcud olan ehtiyatın, 9,6 faizi isə idxalın hesabına formalaşıb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ehtiyatların 45,8 faizi ölkə daxilində istehlak edilib, 40,3 faizi ixrac olunub, 3,5 faizi (770 milyon kub metr) itkiyə gedib, 10,4 faizi 2018-ci ilin yanvarın 1-i vəziyyətinə ehtiyat kimi qalıb.

İtkiyə gedən 770 milyon kub metr təbii qazın dəyərini mövcüd pərəkanda satış qiyməti ilə - 20 qəpikdən hesablasaq məlum olacaq ki, ötən il 154 milyon mantlıq qaz itkiyə gedib.

2017-ci ildə dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1999,5 milyon kVt saat elektrik və 357,3 min Qkal istilik enerjisindən, 169,6 milyon kub metr təbii qazdan istifadə edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisindən 8,2 faiz, istilik enerjisindən 1,2 faiz, təbii qazdan 14,2 faiz çox istifadə edilib.

2017-ci ildə ölkənin bütün təsərrüfat subyektləri tərəfindən 20,9 milyard kVt.saat elektrik enerjisi istehlak edilib.

DİGƏR XƏBƏRLƏR

Top