Xaricdən gətirilən avtomobillər 2 dəfədən çox artıb

Bu ilin yanvar ayında Azərbaycana xaricdən 986 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu, 2016-cı ilin yanvar ayı ilə müqayisədə 517 və yaxud 2,1 dəfə çoxdur. Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 1 ədəd və yaxud 33,3% artaraq 4-ə, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin idxalı 488 ədəd və yaxud 2,1 dəfə artaraq 908-ə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 32 ədəd yaxud 78% artaraq 73-ə, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 4 ədəd yaxud 5 dəfə azalaraq 1-ə düşüb.

DİGƏR XƏBƏRLƏR

Top