Əsrin ən yaxşı bombardiri - Balotelli


“Nitsa”nın hücumçusu Mario Balotelli klubun tarixinə düşüb. 28 yaşlı futbolçu XXI əsrdə Fransa təmsilçisinin ən yaxşı bombardiri adına yiyələnib. Balotelli bunu Avropa Liqasının 1/16 final mərhələsində Moskva “Lokomotiv”i keçirilən ilk oyunda (2:3) dubl etməklə bacarıb. “Nitsa”dakı qollarının sayını 38-ə çatdıran İtaliya yığmasının üzvü bununla da Dario Çvitaniçi qabaqlayaraq, vahid liderə çevrilib. Qeyd edək ki, Çvitaniç “Nitsa”da rəqib qapılarına 36 dəfə yol tapıb.Apasport

DİGƏR XƏBƏRLƏR

Top