Parisdə 8 “qanuni oğru” saxlanıldı

Parisdə polis gürcüstanlı “qanuni oğrulara” qarşı xüsusi əməliyyat keçirib. Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Gürcüstan Daxili İşlər Nazirliyindən deyiblər. Nazirlikdən bildiriblər ki, əməliyyatda gürcüstanlı polislər də iştirak ediblər. Birgə keçirilən əməliyyat zamanı 8 gürcüstanlı “kriminal avtoritet” saxlanılıb. Onlar oğurluqda şübhəli bilinirlər. Fransız istintaq orqanları əmin deyillər ki, saxlanılanların hamısının günahını sübut etmək mümkün olacaq. İstintaq uğursuzlaqla başa çatarsa “kriminal avtoritetlər” Gürcüstana deportasiya ediləcəklər və burada onların həbs olunacağı isə şübhə doğurmur. Bununla belə saxlanılanların adları və nə vəxt tutulduqları açıqlanmır. Gürcüstan polisinin məlumatına görə, həmin şəxslər “oğru ənənələrinə” əməl ediblər və “obşak” saxlayıblar ki, bu da Gürcüstanda cinayət saylır.

DİGƏR XƏBƏRLƏR

Top