İspaniyada məhkəmə “Mançester Yunayted” klubunun hücumçusu Aleksis Sançesi 16 ay müddətinə həbsə məhkum edib. Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, çilili futbolçu vergi fırıldağında təqsirli bilinib. Belə ki, A. Sançes 2012-2013-cü illərdə “Barselona”da top qovarkən öz obrazına olan hüququn satışlarından əldə edilən gəlirləri gizlədib. Lakin futbolçu həbsə düşməyəcək, çünki o, 1 milyon avro miqdarında vergi ödəməyə razılıq verib.