Dünyanın ən dəyərli 500 bankı: Siyahıda Gürcüstan bankı var, Azərbaycan bankı yoxdur

ICBC dünyanın ən bahalı bank brendi hesab olunur. Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat dünyanın tanınmış brend dəyərləndirmə və məsləhət şirkətlərindən olan "Brand Finance" tərəfindən aparılan araşdırmada yer alıb. "Brand Finance"nin açıqladığı "Banking-500" adlı hesabata görə, ICBC brendinin dəyəri 59,1 milyard dollara bərabərdir. Son bir ildə ICBC-nın dəyəri 24% artıb. Ötən illə müqayisədə isə mövqeyi dəyişməz qalıb - 1-ci yer.

Bir il əvvəl dünyanın ən dəyərli 3-cü bank brendi hesab olunan "Chine Construction Bank"nın dəyəri 37% bahalanaraq 57,8 milyard dollar olub və 2-ci sıraya yüksəlib. Dünyanın ən dəyərli 500 bank brendinin sıralandığı siyahıda 3-cü sırada ABŞ-ın "Wells Fargo" bankı yer alıb. Bu brendin dəyəri son bir ildə 6% artaraq 44,1 milyard dollara yüksəlib. Bunlardan başqa ilk beşliyə "Bank of China" (41,7 milyard dollar) və "Chase" (38,8 milyard dollar) brendləri daxil olub.

Ümumiyyətlə "Banking-500" adlı hesabatda yer alan bankların ilk 10-luğunda 5 ABŞ bankı qərarlaşıb. Bunlardan başqa 4 Çin, 1 Böyük Britaniya bankı da ilk 10-luğa daxil ola bilib.

Dünyanın ən dəyərli 500 bank brendinin ümumi dəyəri isə 1 trilyon 181 milyard dolları ötüb.

"Banking-500"a daxil olan banklar arasında dəyəri ən ucuz olan ABŞ-ın "First Havaiin bank"ı olub.

Bundan başqa siyahıya region ölkələrindən Türkiyəyə məxsus 9 bank, Rusiyaya məxsus 5 bank, İrana məxsus 3 bank, Gürcüstan və Qazaxıstanın hər birinə məxsus 1 bank yer almayıb.

DİGƏR XƏBƏRLƏR

Top