Tayvanın şimal-şərqində 6,4 bal gücündə zəlzələ baş verib.
RİA Novosti agentliyi bildirir ki, bu barədə Çin Seysmologiya Mərkəzi məlumat yayıb . Yeraltı təkanların episentri Hualyan şəhərinin yaxınlığında, ocağı 10 kilometr dərinlikdə yerləşib.
Sunami xəbərdarlığı elan edilməyib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.Azertac