Göyçayda ev tikə bilməyən ailənin yaşadığı vaqon yanıb

Göyçayda yanğın olub. Rayonun Qarabaqqal kəndində imkansız ailəyə məxsus vaqon tipli ev yanıb. Kənd sakini, 1962-ci il təvəllüdlü Həmidov Tahir Həmid oğluna məxsus fərdi həyətyanı sahədə yaşayış üçün quraşdırılan metal konstruksiyalı vaqon tipli evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı ümumi sahəsi 32 kvadratmetr olan bir otaq və bir mətbəxli vaqon ev içərisindəki əşyalarla birgə yanıb. Hadisə nəticəsində evsiz qalan aztəminatlı ailənin üzvləri yaxın qohumun mənzilinə köçürülüb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Pərviz Əliyev, Göyçay

DİGƏR XƏBƏRLƏR

Top