Şəhriyar FIDE reytinqində ikincidir

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yenilənmiş reytinqini dərc edib.

Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, FIDE-nin reytinqinə dünya çempionu Maqnus Karlsen başçılıq edir.

Onun aktivində 2834 xal var. Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov 2814 xalla ikincidir. İlk üçlüyü isə hesabında 2800 xal olan rusiyalı Vladimir Kramnik tamamlayır.

Qadınların reytinqində isə ilk üçlük aşağıdakı kimidir: Xou İfan (Çin, 2654 xal), Szyuy Venszyun (2752), Anna Muzıçuk (Ukrayna, 2751).

DİGƏR XƏBƏRLƏR

Top