Goranboy sakini quyu qazır - hər metrinə 30 manat alır

Goranboyun Tatarlı kənd sakini 10 ilə yaxındır 15-20, hətta 25 metr dərinliyi olan quyunu əli ilə qazır. Bel və külüng onun əsas alətləridir. Mənsur Nurəliyev illər öncə qazılan suyu qurumuş quyuları da bərpa edir. 15 metr dərinliyə düşərək, su laylarının gözünü açıb mayenin axını təmin edir. Köməkçisi vasitəsi ilə quyuya düşən kənd sakini işinin maraqlı olduğunu deyir. Qazdığı və ya bərpa etdiyi quyudan su çıxan zaman daha çox sevinir. Goranboyun Tatarlı kənd sakini Mənsur Nurullayev Yeniavaz.com saytına bildirdi ki, məşğul olduğu işin 3-4 ay mövsümü var. Yay vaxtı dərin quyuları qazamaq mümkün olmur. Bu zaman torpağın alt qatı həm soyuq olur, həm də burada zəhərli qaz yaranır. Mənsur Nurəliyev məşğul olduğu işdən çörəkpulunu çıxarmağın mümkün olduğunu deyir.

Hazırda qazılan hər metr üçün ustaya 25-30 manat ödəniş edilir. Mənsur Nurəliyev qazdığı dərin quyuların etibarlı olması üçün ətrafının hörülməsini və içəri hissəsinin bir neçə metrliyinin betonlamasını vacib hesab edir.

Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top