ABŞ Soçi konqresindən imtina etdi

ABŞ nümayəndələri Soçidəki Suriya Millli Dialoq Konqresinə müşahidəçi qismində getməyəcəklər.

Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ-ın Moskvadakı səfirliyinin mətbuat katibi Mariya Olson deyib.

Onun sözlərinə görə, Suriya Danışıqlar Komitəsi (SDK) Soçi konqresində iştirak etməyəcəyini bildirib və ABŞ SDK-nin qərarına hörmət edir: “Bizim ümumi səylərimizin vektoru BMT-nin himayəsi altında Cenevrədə siyasi prosesə yönəlməlidir”.

Qeyd edək ki, Soçidə konqres yanvarın 29-30-da keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top