İcra başçısı hadisə yerində: 67 ailə Bayıldan köçürüldü

Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə sahəsində yaşayan sakinlərin köçürülməsinə başlanılıb. Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu gün əraziyə baş çəkərək sakinlərlə görüşüb.

İcra başçısı baş nazirin müavini Abid Şərifovun tapşırığına əsasən, əhaliyə göstəriş verib ki, təhlükəsizlikləri üçün evlərində gecələməsinlər.

Məlumata görə, artıq 67 ailə sürüşmə zonalı ərazidən köçürülərək qohumlarının evlərinə və 49 saylı orta məktəbə yerləşdiriliblər. qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top