Türkiyə ordusu Afrin əməliyyatının adını açıqladı

Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın Afrin bölgəsinə başlayan əməliyyata “Zeytun budağı əməliyyatı” adını verib.

“Yeniavaz.com”un “YeniŞafak” qəzetinə istinadən verdiyi xəbərə görə, TSQ-nın məlumatında deyilir ki, Türkiyənin sərhədlərində və bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək üçün Suriyanın şimal-qərbindəki Afrin bölgəsində PKK/KCK/PYD-YPG və İŞİD-ə mənsub terrorçuları zərərsizləşdirmək, dost və qardaş bölgə xalqını bunların təzyiq və zülmündən xilas etmək məqsədilə yanvarın 20-də saat 17:00-da etibarən “Zeytun budağı əməliyyatı” başlayıb.

O da bildirilir ki, əməliyyat Türkiyənin beynəlxalq hüquqdan qaynaqlanan haqları, BMT Təhlükəsizlik Şurasının terrorla mübarizəyə dair qətnamələri və BMT nizamnaməsinin 51-ci maddəsində yer alan qanuni müdafiə haqqı çərçivəsində Suriyanın torpaq bütövlüyünə hörmət əsasında icra ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top