Türkiyədə “quş qripi” tapıldı

Türkiyənin Mardin vilayətinin Kızıltepe rayonunun Suriya ilə sərhəddə yerləşən Böyük Boğazye kəndində “quş qripi” aşkar edilib.

“Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, kənddə 1 həftə əvvəl ev quşlarından götürülən nümunələrin təhlili nəticəsində “quş qripi” təsbit edilib. Türkiyə Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin əməkdaşları kəndə gedərək ev quşlarının məhv edilməsi üçün işə başlayıb. Nazirlik əməkdaşları müəyyən ediblər ki, “quş qripi” kənddə insanlara heç bir mənfi təsir göstərməyib. Onlar, həmçinin heyvanların saxlandığı hinlərə “quş qripi”nə qarşı dərman vurublar.

DİGƏR XƏBƏRLƏR

Top