Bakıda məşhur "Yol əhvalatı" filmindəki kimi qəza - "Elə biliblər qonaq gəlir"

Dünən Bakıda 1981-ci ildə rejissor Teymur Bəkirzadə tərəfindən lentə alınan və bu gün də hamı tərəfindən sevilən məşhur "Yol əhvalatı" filmindəkinə oxşar yol-qəza hadisəsi baş verib. "Yeniavaz.com" saytının məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda baş verib. Belə ki, həyət evində yaşayan ailə səs-küy edişib və düşünüb ki, evə qonaq gəlir. Ancaq ailə üzvləri həyətə çıxan zaman hasarın dağıldığını və əzilmiş avtomobilin həyətə girdiyini görüblər.

"Qonşu elə bilib gecə vaxtı qonaq gəlib, həyətə çıxıb nə görsə yaxşıdır - məşhur "Yol əhvalatı" filmində olduğu kimi avtomobil hasarı uçurub və həyətə girib. Ölən olmayob, ancaq avtomobillərə ciddi ziyan dəyib",-deyə hadisənin şahidlərindən biri bildirib.

Faktla bağlı araşdırmalar davam edir.

Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top