Bugünə kimi ölkə üzrə qəbul məntəqələrinə 206 min 903 ton pambıq təhvil verilib. Yeniavaz.com Kənd Təsərrüfatı Nazirliyndən açıqlanan məlumatlara istinadən bildirir ki, 30 dekabr – 3 yanvar tarixlərində 181 ton pambıq tədarük olunub.
Xatırladaq ki, 2017-ci ildə 2016-cı illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektarda çiyid səpilib və indiyədək 2,4 dəfə çox məhsul təhvil verilib.
Məlumatda qeyd olunur ki, pambıqçılığın inkişafına dair Dövlət Proqramında 2022-ci ilədək xam pambıq istehsalının 500 min tona çatdırılması nəzərdə tutulur.
Rayonlar üzrə pambıq yığımı bu cür olub: