“Bloomberg” agentliyi yaxın 10 il ərzində baş verə biləcək ən təhlükəli hadisələrin illik icmalını dərc edib.
“Yeniavaz.com”un “Lenta.ru” internet nəşrinə istinadən verdiyi məlumata görə, birinci ən təhlükəli hadisə qismində ABŞ Prezidenti Donald Trampın seçkilərdə ikinci dəfə qələbə qazanması göstərilir. Agentlik ümumilikdə 8 ssenarini yazıb. Onların arasında aşağıdakılar yer alıb:
“Facebook” “saxta xəbərlər”lə mübarizəni uduzur
Bitkoin bankları əvəz edir
Şimali Koreya müharibəyə başlayacaq, lakin Kim Çen In öləcək
Sosialistlər Böyük Britaniyada hakimiyyəti ələ keçirəcəklər
Pensiyaçılar Avropanı dağıdacaqlar
Çin ticarət müharibəsini törədəcək
Elektrik mühərrikli avtomobillər neftdən asılılığa qalib gələcək