Avropa Məhkəməsi qərar verdi: Azərbaycan erməni "qaçqına" 35 min avro təzminat ödəyəcək

Avropa İnsan Haqları Məhkəməsi Azərabyacanın əleyhinə qərar verib.

Yeniavaz.com Avropa Məhkəməsinin rəsmi veb-saytında yer alan məlumata istinadən bildirir ki, Azərbaycan keçmiş Şaumyan (Goranboy) rayonunun Gülüstan kənd sakini, erməni əsilli Minas Sarkisyana 35 min avro təzminat ödəməlidir.

Qeyd edək ki, Minas Sarkisyan adlı erməni 2006-cı ildə Azərbaycan haqqında Avropa Məkhəməsinə şikayət edərək bildirib ki, Qarabağ münaqişəsi zamanı ona maddi və mənəvi ziyan vurulub. Avropa Məhkəməsi bu məsələyə 2 gün əvvəl baxaraq Azərbaycanın əleyhinə qərar verib. Şikayətçi - Minas Sarkisyan 2009-cu ildə öldüyü üçün Azərbaycan 35 min avroluq təzminatı onun övladlarına ödəməli olacaq.

Onu da bildirək ki, Avropa Məhkəməsi eyni gündə başqa bir şikayət üzrə Ermənistanın da əleyhinə qərar qəbul edib. Ermənistan isə Qarabağ münaqişəsi zamanı Laçın rayonundan olan 6 nəfər azərbaycanlı qaçıqına ümumilikdə 65 min avro ödəməli olacaq.

DİGƏR XƏBƏRLƏR

Top