Sabah Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsi bağlanacaq

"Azəravtoyol" ASC-nin sürücülərə xəbərdarlıq edib. ASC-nin Mətbuat Katibliyindən verilən məlumata görə, asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsində, daha dəqiqi prospektdə yerləşən yerüstü piyada keçidindən Biləcəri-Baksol yolunadək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. "Məhdudlaşdırma qısa müddətlik, həmin gün gecə saatlarınadək tətbiq ediləcək", - deyə məlumatda vurğulanıb. apa

DİGƏR XƏBƏRLƏR

Top