Beyləqanda qəza: ölən və xəsarət alanlar var

Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib. Rayonun Talıbxanlı kəndi ərazisində 36 yaşlı Əliyev Amil Murad oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil Hüseynağa adlı sürücünün idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ -2107”-nin sürücüsü hadisə yerində ölüb. “Mercedes”in sürücüsü A. Əliyev və onun qardaşı, 1976-cı il təvəllüdlü Aqil Əliyev, digər sərnişin 22 yaşlı Əliyev İlkin Əli oğlu müxtəlif bədən xəsarəti ilə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Amil Əliyevin vəziyyətinin daha ağır olduğu bildirilib.APA

DİGƏR XƏBƏRLƏR

Top