"Anar Nağılbaz müxalifətə keçmək ərizəsi yazmayıb"

Məşhur repçi Anar Nağılbaz ölkə gündəmindən düşmür. Bir həftə əvvəl pornogörüntüləri ilə gündəmi zəbt edən repçi barəsində hər keçən gün ən müxtəlif yeni-yeni faktlar meydana çıxır. İndi də onun ölkənin aparıcı müxalif qurumlarından olan REAL hərəkatının üzvü olub-olmaması müzakirə edilir.

Bu da səbəbsiz deyil. Çünki A.Nağılbazın REAL-la əlaqələrinin olması hər kəsə məlumdur. Bunu repçinin özü də zaman-zaman dilə gətirib, hətta hərəkatın üzvü olduğunu bildirərək, qurumun toplantılarında iştirak etdiyini dəfələrlə deyib. Xatırlayırsınızsa, vaxtilə həbs edilən REAL-ın funksionerlərindən olan hüquq müdafiəçisi Rəsul Cəfərovun məhkəməsi zamanı repçi şahid qismində ifadə vermiş və onu açıq şəkildə müdafiə etmişdi. Bu da günlərlə mətbuatın gündəminə çevrilmişdi.

Image result for Natiq Cəfərli:

REAL-ın icraçı katibi Natiq Cəfərli A.Nağılbazın özünü hərəkatın üzvü elan etdiyini bildirdi: “Onun üzvlüyə qəbulu prosedurası olmayıb. Sadəcə, bizim bəzi tədbirlərdə iştirak edib, elan etmişdi ki, mən də bu hərəkatın üzvüyəm. Amma nə rəsmi ərizəsi, nə də müraciəti olmayıb. Yəni rəsmən hərəkatımızın üzvü olmayıb ki, sonradan ya istefa versin, ya da çıxarılsın. Yəni konkret olaraq, REAL-ın üzvü deyil, rəsmi ərizə ilə də müraciət etməyib. Sadəcə, çevrəmizdə olub, bir neçə dəfə də tədbirlərimiz və mühazirələrimizdə dinləyici kimi iştirak edib. Rəsul Cəfərovun məhkəməsində şahid qismində iştirak etdiyindən daha yaxından təmas qurmaq imkanlarımız olub. Bir neçə dəfə şəxsən onu görmüşəm, söhbət etmişəm. Amma dəqiq sizə deyirəm ki, onun rəsmən REAL hərəkatına üzvlük ərizəsi olmayıb. Sonralar o, bildiyim qədəri ilə xaricə köçdü. Ondan sonra ümumiyyətlə, onunla heç bir əlaqə saxlamırdıq. Yaxınlarda bilmişəm ki, xaricdən qayıdıb Azərbaycanda yaşayır. Səhv etmirəmsə, təxminən üç il öncə o REAL-ın üzvü olduğunu elan etmişdi. Bizdə hərəkata üzv olmaq üçün iki forma var. Ya saytımızda onlayn vasitəsilə qeydiyyatdan keçirsən, yəni onlayn müraciət göndərirsən, ya da ofisə gələrək, fiziki şəkildə ərizəsini dolduraraq, üzvlüyə müraciət edirsən. Anar Nağılbaz bunların heç birini etməyib. İlqar Məmmədov və Tofiq Yaqublunun Şəkidə məhkəmələri keçirilərkən bir dəfə iştirak edib”. Musavat.com

DİGƏR XƏBƏRLƏR

Top