İcra başçısı Mehriban, Leyla və Arzunun anası ilə görüşüb FOTO

Xəbər verdiyimiz kimi, dünən əslən Kəlbəcərdən olan 30 yaşlı Fəxriyyə Mamedova Mingəçevir Xəstəxanasının doğum evində 3 qız uşağı dünyaya gətirib. "Yeniavaz.com" xəbər verir ki, bu gün Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayramov ana ilə görüşüb. Görüş zamanı başçı gənc ananı bu münasibətlə təbrik edib, ona cansağlığı, xoşbəxtlik arzulayıb. Bildirib ki, anaya və uşaqlara baxmaq üçün tibb bacıları ayrılacaq. Eyni zamanda anaya və körpələrə gül dəstəsi və hədiyyələr təqdim edib. Üçəmlərin nənəsi Şövkət xanım sevincini bizimlə bölüşüb. Şövkət xanım deyib ki, ölkə rəhbərliyinə olan sonsuz sevgisini nəvələrinə qoyduğu Mehriban, Leyla və Arzu adları ilə bildirib: "Sevincimin həddi-hüdudu yoxdur. Artıq 4 qız nəvəm var. Allahdan bircə arzum odur ki, bu uşaqları sağlıqla böyüdə bilək".

Qeyd edək ki, uşaqların və ananın vəziyyəti həkimlərin nəzarəti altındadır. Onlar özlərini normal hiss edirlər.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top