Jirinovskinin Rusiya Prezidenti olmaq üçün 6-cı cəhdi

Rusiya Liberal Demokratik Partiyası (LDPR) VladimirJirinovskini Rusiya prezident seçkilərində namizəd qismində irəli sürüb. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu LDPR-in vitse-spikeri İqor Lebedev deyib. Onun sözlərinə görə, bu barədə qərar LDPR-in Ali Şurasının iclasında qəbul edilib. Xatırladaq ki, V. Jirinovski prezident seçkilərində 5 dəfə iştirak edib: 1991-ci ildə (7,81 faiz səs toplayıb), 1996-cı ildə (5,78 faiz), 2000-ci ildə (2,7 faiz), 2008-ci ildə (9,35 faiz) və 2012-ci ildə (6,22 faiz). Qeyd edək ki, Rusiya prezidenti seçkiləri 2018-ci il martın 18-də keçiriləcək. Seçki kampaniyasında iştirak etmək niyyətlərini artıq “Spravedlivaya Rossiya” (“Ədalətli Rusiya”) partiyasının sədri Sergey Mironov, “Yabloko” (“Alma”) partiyasının lideri Qriqori Yavlinski, siyasətçi Aleksey Navalnı, teleaparıcı Kseniya Sobçak, biznesmen Sergey Polonski və teleradio aparıcı Yekaterina Qordon açıqlayıblar.

DİGƏR XƏBƏRLƏR

Top