Bakıda 16 min nəfər nikaha girib, 4300 nəfər boşanıb - BOŞANMADA REKORD

2016-cı ildə Bakıda 16 min 811 nikah, 4369 boşanma qeydə alınıb. "Yeniavaz.com" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu Bakı şəhəri üzrə boşanmaların sayına görə 2000-ci ildən bəri ən yüksək göstəricidir. İddia oluna bilər ki, ilbəil nikaha girənlərin sayı artdığı üçün boşanmaların sayında da artım müşahidə edilir, ancaq elə deyil. Söhbət ondan gedir ki, son illərin rəsmi statistikası Bakı şəhəri üzrə rəsmi nikaha girənlərin sayının azalmaqda olduğunu göstərir. Statistikaya diqqət yetirək:

- 2010-cu ildə - 19 min 133 nikah, 3539 boşanma.

- 2011-ci ildə - 20 min 569 nikah, 3927 boşanma.

- 2012-ci ildə - 19 min 319 nikah, 3925 boşanma.

- 2013-cü ildə - 21 min 27 nikah, 4176 boşanma.

- 2014-cü ildə - 19 min 338 nikah, 4086 boşanma.

- 2015-ci ildə - 16 min 747 nikah, 4253 boşanma.

Bəs 2016-cı ildə boşanma Bakının ən çox hansı rayonunda qeydə alınıb?

- Binəqədi rayonu: 523 boşanma.

- Qaradağ rayonu: 223 boşanma.

- Xəzər rayonu: 213 boşanma.

- Səbail rayonu: 248 boşanma.

- Sabunçu rayonu: 432 boşanma.

- Suraxanı rayonu: 400 boşanma.

- Nərimanov rayonu: 365 boşanma.

- Nəsimi rayonu: 411 boşanma.

- Nizami rayonu: 317 boşanma.

- Pirallahı rayonu: 32 boşanma.

- Xətai rayonu: 630 boşanma.

- Yasamal rayonu: 575 boşanma.

DİGƏR XƏBƏRLƏR

Top