“Knight Frank” beynəlxalq konsaltinq şirkəti elit daşınmaz əmlakın qiyməti üzrə dünya şəhərlərinin reytinqini tərtib edib.
“Yeniavaz.com”un “Vedomosti” qəzetinə istinadən verdiyi məlumata görə, şirkət öz araşdırmasında şəhərləri 1 milyon dollara almağın mümkün olduğu mənzil sahələri üzrə sıralayıb. Reytinqə əsasən, ən bahalı mənzil Monakoda satılır. Burada 1 milyon dollara sahəsi 17 kvadratmetr mənzil almaq olar. Sonrakı yerləri ardıcıl olaraq, Honkonq (1 milyon dollara sahəsi 19 kvadratmetr mənzil) və Nyu-York (1 milyon dollara sahəsi 26 kvadratmetr mənzil) tuturlar.