Rusiyanın Kommunist Partiyası: Putini Qəddafinin taleyi gözləyir

Rusiya Federasiyasının Kommunist Partiyası (KPRF) özünün rəsmi “Tvittter” səhifəsində Rusiya Prezidenti Vladimir Putinin və onun ətrafının taleyinin inqilab zamanı öldürülən Müəmmər Qəddafi kimi olacağını bəyan edib.

“Yeniavaz.com”un “Moskovskiy Komsomolets” qəzetinə istinadən verdiyi məlumata görə, partiyanın fikrincə, yeganə xilas yolu KPRF-nin təklif etdiyi islahatlar modelləri ola bilər. KPRF-nin bu cür bəyanat verməsinə səbəb isə Ümumdünya Antidopinq Agentliyinin (WADA) Rusiya Antidopinq Agentliyinin haqlarını bərpa etməkdən imtina etməsi olub. Belə ki, imtina Rusiyanın Olimpiadaya buraxılmaması ilə nəticələnə bilər. KPRF-nin “tvit”ində deyilir ki, WADA-nın amerikalı əlaltıları Beynəlxalq Olimpiya Komitəsi komissiyasının əlaltıları ilə bir hərəkət edirlər: “Putin nə vaxt başa düşəcək ki, KPRF-nin ölkənin bərpa və inkişafı üzrə hazırladığı proqram olmadan onu və ətrafını Qəddafinin ətrafı ilə birlikdə taleyi gözləyir. Rusiyanı isə Liviyanın …”.

DİGƏR XƏBƏRLƏR

Top