Ağstafada iki avtomobil toqquşub

Ağstafada sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “VA2106” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, Ağstafaya qonaq gələn Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü Abışov Yusif Abış oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.Apa

DİGƏR XƏBƏRLƏR

Top