Səudiyyə Ərəbistanı vətəndaşlarından bu ölkədən çıxmalarını tələb etdi

Səudiyyə Ərəbistanı Livandakı vətəndaşlarından dərhal ölkəyi tərk etməsini tələb edib. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bundan başqa Səudiyyə Ərəbistanı vətəndaşlarına hər hansı bir ölkədən Livana səyahət etməmək barədə xəbərdarlıq edib.

Xatırladaq ki, Livanın Baş naziri vəzifəsindən istefa vermiş Saad Hariri 5 gündür Ər-Riyaddadır. O, Livanda özünə qarşı sui-qəsd hazırlandığını bildirmişdi və bunda İranla “Hizbullah”ı günahlandırmışdı. Səudiyyə Ərəbistanı isə “Hizbullah” və İranın fəaliyyətlərinə görə Livanın Səudiyyə Ərəbistanına müharibə elan edən ölkə qəbul edilə biləcəyini bəyan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top