Səudiyyə Ərəbistanı və Livan arasında müharibə elanı ola bilər

“Hizbullah”ın Səudiyyə Ərəbistanına qarşı mövqeyinə görə Livanı müharibə elan edən ölkə olaraq qəbul edəcəyik”.

“Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının körfəz işləri naziri Tamer əl-Sabhan deyib. Onun sözlərinə görə, Livanın Baş naziri vəzifəsindən istefa vermiş Saad Haririyə qarşı “Hizbullah”ın aqressiv hərəkətləri Livan və Livan Şeytan Partiyası tərəfindən Səudiyyə Ərəbistanına müharibə elanı kimi qəbul ediləcək.

Qeyd edək ki, “Hizbullah” S. Haririnin istefa verməsində Səudiyyə Ərəbistanının təsiri olduğunu bəyan edir. “Hizbullah”ın lideri Həsən Nəsrullah Səudiyyə Ərəbistanının S. Haririnin istefasına qərar verdiyini və onu istefaya məcbur etdiyini iddia edir. Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda olan S. Hariri bu gün Kral Salman bin-Əbdüləziz tərəfinbdən qəbul olunub.

DİGƏR XƏBƏRLƏR

Top