3 ay öncə yumurtadan çıxan qəribə xoruz

Həyətdəki ev quşları kimi rahat qidalanır, su içir, hətta qaçır, amma onlar kimi deyil, fərqli yeriyir. 3 ay öncə yumurtadan çıxan xoruz qeyri-adiliyi ilə diqqət çəkir. Goranboy sakini Gündüz Şükürovun həyətində bəslədiyi bu canlı ayaqlarının üzərində düz dayanaraq hərəkət edir. Sahibi ev quşunun hər hansı xəstəliyi olmadığını, digər toyuqlar kimi vaxtında böyüdüyünü bildirdi. Görənlərin marağına səbəb olan canlı, sosial şəbəkələrdə də ulduza çevrilib. Həyətə gələnlər ev quşunun foto, videosunu çəkib paylaşırlar. Fərqli yerişi olan canlı digər quşlara hər hansı çətinlik yaratmır. Gündüz Şükürov deyir ki, uzun illərdir təsərüffatla məşğul olur və belə halla ilk dəfədir rastlaşır.

Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top